Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Səbail rayon icra başçısının oğlu həbs edildi

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlham Ələsgərli və Süleyman Əhlimanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

"Xeberinfo.com":  Prosesdə çıxış edən İ. Əsgərli hadisə nəticəsində yaxın dostunu itirdiyini, peşman olduğunu deyib. S. Əhlimanov isə təqsirinin olmadığını deyib. Bundan sonra hakimlər hökmü elan etmək üçün müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, İ. Ələsgərli 5 il 6 ay , S. Əhlimanov 6 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan hər iki təqsirləndirilən şəxs məhkəmə zalında həbs ediliblər.

 

Qeyd edək ki, hadisə 2014-cü il sentyabrın 27-də baş verib. İ. Əsgərlinin idarə etdiyi “Mercedes” markalı avtomobil Ə. Qəhrəmanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mercedes” markalı avtomobildə olan Sənan Mirzəyev dünyasını dəyişib.

 

Onu da qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev “MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu olub.

 

Təqsirləndirilən İlham Ələsgərli Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam