Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanlı idmançı -"patı"dan ölüb?

Azərbaycanlı idmançı patıdan ölüb?

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Allahyar Abışov vəfat edib.

Yenixeber.org: Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Mətbuat katibi Kənan Məstəliyev  açıqlamasında idmançının ölüm səbəbi ilə bağlı məlumat əldə etmədiklərini bildirib.

O, Abışovun dünyasını dəyişməsi xəbərinə üzüldüklərini söyləyib: "Allahyar yaxşı idmançı olub. Bu xəbəri eşitmək çox üzücü oldu. Amma niyə və nədən vəfat etməsi barədə məlumatımız yoxdur. Bunu araşdırmağı, səbəblərini öyrənməyi heç doğru da saymamışıq. Bunun üçün müvafiq orqanlar var. Bu, onların işidir, lazım gəlsə, edəcəklər. Biz isə milli komandanın sabiq üzvünü itirdik. Əsas məqam budur. Allahyar Abışovun xatirəsini yad edir, Allahdan ona rəhmət diləyirik".

İdmançının bacısı Rəna Abışova Sportfm.az-a açıqlamasında Allahyar Abışovun “patı” kimi tanınan metamfetamindən vəfat etdiyini bildirib. Onun ölüm səbəbinin aşkarlanması üçün tibbi ekspertiza təyin edilib.

Qeyd edək ki, Allahyar Abışov 2015-ci ildə gənclərin Avropa çempionatında 62 kq çəki dərəcəsində Avropa çempionu olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam