Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Gömrük sahəsinə nəzarət gücləndirilir

 

Azərbaycanda gömrük fəaliyyəti üzərində nəzarət gücləndirilir.

"Xeberinfo.com":  Trend-in məlumatına görə, bununla əlaqədar olaraq Nazirlər Kabineti gömrük sahəsinin fəaliyyətini tənzimləyən 24 normativ hüquqi aktda dəyişikliklər edib.
Bununla da aşağıdakı qaydalarda dəyişikliklər, şərtlər və məhdudiyyətlər bundan sonra yalnız dövlət başçısının razılığı ilə edilə bilər: “Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair Şərtlər və məhdudiyyətlər”, “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”, “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”, “Mallardan dövlətin xeyrinə imtina edilməsi Qaydası”, “Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması Qaydaları”, “Gömrük ekspertizasının aparılması Qaydaları”, “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası” və s.
Dəyişikliklər 2015-ci il mayın 1-dən qüvvəyə minib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam