Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Millət vəkilinin oğlu saxlanıldı

 

Milli Məclisin deputatı, iş adamı Fərhad Qəribovun oğlu Elnur Qəribov ötən gün hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə “Qafqazinfo”ya ailəyə yaxın şəxslər tərəfindən məlumat verilib. 

 

Deputat oğlunun hansı səbəbdən saxlanılması hələ ki, bəlli deyil. Qeyd edək ki, E. Qəribovun özü də iş adamı kimi fəaliyyət göstərir. Onun adına bir sıra banklarda kreditlər olub. 

E. Qəribovun banklardan böyük miqdarda kredit götürdüyü təsdiqlənsə də, dünən hansı səbəbdən saxlanılması, xüsusilə də  məlum "Beynəlxalq Bank işi"ndə dindirilib-dindirilməməsi ilə bağlı dəqiq məlumatımız yoxdur. 

Onu da qeyd edək ki, deputat oğlunun dindiriləndən sonra sərbəst buraxıldığı deyilir. 

Həmçinin bildirək ki, deputatın digər oğlu Zöhrab Qəribovun da axtarışa verilməsi barədə məlumat yayılıb.

Xatırladaq ki, mətbuatda zaman-zaman deputat Fərhad Qəribovun külli miqdarda borcu olması və götürdüyü kreditləri qaytarmaması barədə informasiyalar yazılıb. Onun “Şəki” restoranlar şəbəkəsinin, lisenziyası ləğv olunmuş Debut Bankın rəhbəri olduğu bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam