Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Məcburi köçkün maşınlarının şəhərə girişi sərbəstdir"

 

“Məcburi köçkünlərin avtomobillərinin qeydiyyatından asılı olmayaraq Bakı şəhərinə girişi sərbəstdir”. 
"Xeberinfo.com":  Məlumata görə, bunu “Qafqazinfo”ya açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, Avropa Oyunları ilə bağlı avtomobillərin paytaxta girişinə qoyulan qadağanın məcburi köçkünlərə aidiyyatı yoxdur: “Məcburi köçkünlərin avtomobillərinin rayon və yaxud Bakı qeydiyyatında olmasından asılı olmayaraq şəhərə girişinə qadağa qoyulmayıb. Həmçinin ağır xəstəlik, təxirəsalınmaz bir vəziyyət olarsa, istisna kimi şəhərə giriş üçün icazə verilə bilər”. 
Xatırladaq ki, I Avropa Oyunları ilə əlaqədar olaraq şəhərdə nəqliyyatla bağlı problemlərin olmaması məsədilə qəbul edilən qərara görə, iyunun 1-dən rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə girişi qadağandır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam