Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Məhkumlara skaypla danışmaq icazəsi verilsin”

 

“Təklif edirəm ki, məhkumlara şərait yaradılsın ki, qohumları ilə skayp vasitəsilə əlaqə saxlasınlar”.

"Xeberinfo.com":  Məlumata görə, bu təkliflə Ədliyyə Nazirliyi yanında penitensiar xidmətə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib.

O vurğulayıb ki, qohumları əyalətlərdə yaşayan məhkumlar onlarla tez-tez görüşməkdə çətinlik çəkir: “Təklif edirəm ki, məhkumlara skayp vasitəsilə əlaqə saxlamaq imkanı yaradılsın ki, əyalətdə, məsələn, Daşkəsən kimi nisbətən uzaq yerdə yaşayan məhkum ailələrinin işi asanlaşsın. Bu da məhkumun həbs şəraitindən asılı olaraq müəyyən olunsun”.

Ə.Nuriyev İctimai Komitənin saytının bərpa olunmasını da vacib saydığını deyib: “Əvvəllər bizim saytımız olub, amma indi maliyyə resursları olmadığından sayt fəaliyyət göstərmir. QHT-lərə Dövlət Dəstəyi Şurasına təklif edirəm ki, bu işdə bizə dəstək olsun”.

 

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam