Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Hərbçilərimiz əsir düşməyib"

 

Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin itkin düşmüş hesab edilən iki hərbçisi barədə məlumat yayıb

"Xeberinfo.com":   Ans news.am-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan Azərbaycan hərbçilərinin onlara əsir düşmədiyini bildirib. 
“Azərbaycan hərbçilərinin azması istisna deyil. Azərbaycan tərəfdən Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinə edilən müraciət belə deməyə əsas verir. Bu gün saat 16:00 radələrində Qırmızı Xaçın İrəvan ofisindən bizə müraciət edilərək, Azərbaycan silahlı qüvvələrinin Tavuş vilayətinin Vazaşen kəndi istiqamətindəki mövqelərinin qarşısındakı zolaqdan mina partlayışında yaralandığı ehtimal edilən iki azərbaycanlı hərbçinin cəsədinin çıxarılmasına təminat verilməsini xahiş edib.
Biz dərhal belə təminat verdik. Ancaq qarşı tərəfin hansı addım atdığı bizə məlum deyil. Bəyan edirik ki, Ermənistan tərəfində heç bir Azərbaycan hərbçisi keçməyib”.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda kiçik serjant Musa Sabir oğlu Musayevin və Tural Sabir oğlu Yolçuyevin azaraq təmas xətttini keçdiyi deyilir

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam