Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Polis kapitanı bıçaqlandı

 

Bakıda polis əməkdaşı bıçaqlanıb.
"Xeberinfo.com":   Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 28-də qeydə alınıb.
Qaradağ Rayon Polis İdarəsinin sahə müvəkkili, polis kapitanı Kamil Şərifov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. K. Şərifovu dindirmək hələlik mümkün olmayıb.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Polis İdarəsindən hadisənin motivinin hələlik məlum olmadığı, araşdırma aparıldığı bildirilib.
Qeyd edək ki, K. Şərifovun bıçaqlanması barədə dostları sosial şəbəkələrdə məlumat yayıblar. Dostları onun xəstəxanadakı fotolarını da paylaşıblar.
Əlavə edək ki, polis zabitinin tanınmış idmançı olduğu bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam