Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

PKK-nın əsas liderlərindən biri öldürülüb

 

Əməliyyatlarda PKK-nın liderlərindən biri öldürülüb.

"Xeberinfo.com":   Məlumata görə, terror təşkilatları ilə sonadək mübarizəni qarşıya məqsəd qoyan Türkiyə ordusu Şimali İraq ərazisindəki PKK düşərgələrinə ağır zərbələr endirib.
“İhlas” xəbər agentliyi helikopterlə həyata keçirilmiş əməliyyatda terrorçu qruplaşmanın Hakkari üzrə “Andok” ləqəbli liderinin vurulmasını göstərən görüntüləri yayıb. Əsl adı Barış Təkcə olan PKK lideri 5 ilə yaxındır terror təşkilatının bölgədəki fəaliyyətinə rəhbərlik edib.
“Andok” ləqəbli PKK liderinin zərərsizləşdirilməsindən sonra, Barış Təkçənin cənazə yürüşündə Hakkari-Çuxurca yolunda gərginlik yaşanıb.
Asayış keşikçiləri gözyaşardıcı qazdan istifadə edib.
Bölgədə PKK ilə yanaşı “İŞİD”ə qarşı əməliyyatlar da intensivləşib.
ABŞ Hərbi Hava Qüvvələri ilk dəfə olaraq İncirlik hava bazasından qalxan “F-16” qırıcıları ilə Suriyanın Şimalındakı “İŞİD” qruplaşmasının mövqelərinə aviazərbələr endirib.
Buna qədər koalisiya qüvvələri bu yaxınlarda müştərək istifadəsinə icazə verilmiş İncirlik hava bazasından yalnı pilotsuz təyyarələri səmaya qaldırırdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam