Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Chatham House”un direktorundan Qarabağ açıqlaması

 

Böyük Britaniyanın “Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Robin Niblet Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın bu il iyulun əvvəlində sözügedən qurumun dəvəti ilə Londona səfər etməsi ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusunu cavablandırıb.

"Xeberinfo.com":   Məlumata görə, Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, R. Niblet bildirib ki, “Chatham House”un qaydalarına əsasən institutun bu kiçik özəl görüşə ev sahibliyi etməsi əsla qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması və ya dəstəklənməsi demək deyil: “”Chatham House” Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır”.
R. Niblet TEAS-a ünvanladığı məktubda gələcəkdə bu kimi tədbirlərdə Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndəsini də qonaq etməyə hazır olduqlarını deyib: “Biz daha geniş miqyasda isə hər zaman etdiyimiz kimi, Azərbaycan hökumətinin rəsmilərinə danışıqlar aparılması və müxtəlif tədbirlərimizdə iştirak etmələri üçün “Chatham House”da şərait yaratmağa həmişə hazırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam