Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

DİN səfir oğlunun həbsinə aydınlıq gətirdi

 

Səfir oğlunun Binəqədidə yanan binaya görə dindirilməsi haqqında xəbərlər yayılıb.
"Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun oğlunun həbs olunması barədə mənə heç bir məlumat daxil olmayıb.”
"Xeberinfo.com":   Məlumata görə, bunu anspress-ə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəis müavini Ehsan Zahidov bildirib.
Ötən gün bəzi kütləvi informasiya vasitələrində Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun oğlu Anar Həsənovun Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilməsi barədə xəbərlər yayılmışdı.
Həmin xəbərlərdə Həsənov bu il mayın 19-da Bakının Binəqədi rayonunda insan tələfatı ilə nəticələnən yanğından sonra bina üzləyən şirkətlərdən birinin sahibi kimi istintaqa cəlb edildiyi, dindirildikdən qısa müddət sonra Azərbaycanı tərk edərək həmin vaxtdan ölkəyə qayıtmadığı da qeyd edilirdi.
Adı çəkilən Anar Həsənov “GLOBAL” Şirkətlər Qrupunun həbsdə olan rəhbəri Miryusif Mahmudov kürəkənidir.
Anar Həsənovun yaxınlarıda ANS PRESS-ə açıqlamasında onun istintaqa cəlb olunması ilə bağlı xəbəbrləri cəfəngiyat adlandırıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam