Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Cahangir Hacıyevin bacanağı həbs edildi

 

Ölkənin əsas bankı olan Beynəlxalq Bankın müflis olması ətrafındakı səs-küylü istintaq araşdırmaları belə görünür ki, tədricən bu işin əsas fiqurantına - bankın sabiq rəhbəri Cahangir Hacıyevə doğru yönəlir. Belə ki, Cahangir Hacıyevin bacanağı, biznesmen İsmayıl Hidayətzadə həbs edilib.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən məlumat daxil olub.

Məlumata görə, İsmayıl Hidayətzadə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Biznesmen Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunur. İ.Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürübmüş. İstintaq bu kreditlərin təyinatı üzrə xərclənməsinə şübhə ilə yanaşır.

Qeyd edək ki, İ.Hidayətzadə DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (“Bandotdel”) istintaq təcridxanasında saxlanılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam