Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycanlı biznesmen özünü öldürdü

 

Ukraynanın Donetsk vilayəti ərazisində azərbaycanlı iş adamı silahlı separatçılarla atışmada yaralanıb və ölüb.

 

"Xeberinfo.com":   Donetsk vilayəti Azərbaycanlılar Konqresindən verilən məlumata görə, bu şəxs Ukrayna vətəndaşı, 1975-ci il təvəllüdlü Vahid Babayevdir.
V.Babayev Donetskin İlovaysk şəhərində bir qrup silahlı separatçı ilə qarşılaşıb. Silahlıların onu girov götürmək cəhdinə müqavimət göstərən iş adamlı ilə quldurlar arasında atışma baş verib.
V.Babayev ağır yaralanıb və quldurların mühasirəsində qalaraq onların əlinə düşməmək üçün şəxsi silahı ilə özünü öldürüb. Onun meyiti təxminən 10 gün separatçıların nəzarətindəki ərazidə qalıb. Donetskdəki azərbaycanlıların və Ukrayna tərəfinin apardığı danışıqlar nəticəsində meyiti çıxarmaq mümkün olub. V.Babayev doğulduğu Odessa şəhərində dəfn edilib.
Qeyd edək ki, Vahid Babayevin atası mingəçevirlidir (APA).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam