Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Siyəzəndə oğurluq edən şəxsin evindən silah aşkarlanıb-FOTO

        Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən RPŞ-yə rayon sakininə məxsus      mağazadan oğurluq edilməsi barədə məlumat  daxil olub.

Yenixeber.org: Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayon  sakini Nəcəf Mütəlimov saxlanılıb. 

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs zərərçəkmişə məxsus mağazaya pəncərəni sındırma yolu ilə daxil olaraq oradan 50 manat pul və 713 manat dəyərində müxtəlif növ siqaretlər oğurlayıb.

Həmçinin N.Mütəlimovun evinə baxış keçirilən zaman oradan 1 ədəd "Naqan" markalı tapança və ona məxsus patronlar aşkar edilib.

Faktla bağlı Siyəzən  RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Nəcəf Mütəlimovun barəsində həbs qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam