Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Mülki şəxslərimizin atəşə tutulması cavabsız qalmayacaq”

 

Azərbaycan Müdafiə Nazirliyi erməni silahlı bölmələrinin Azərbaycanın mülki şəxslərini atəşə tutmasına münasibət bildirib.
"Xeberinfo.com":    Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, cəbhədə vəziyyətin gərginləşdirilməsi və nəticələrinə görə məsuliyyət tam olaraq Ermənistan hakimiyyətinin üzərinə düşür.
Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə qarşı adekvat tədbirlər görəcək və onun bu hərəkəti cavabsız qalmayacaq.
Azərbaycan Silahlı Qüvvələrinin mülki şəxsləri atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı xəbərlərə münasibət bildirən Müdafiə Nazirliyi bəyan edib ki, Silahlı Qüvvələrimiz düşmən tərəfinin yaşayış məntəqələrini, mülki obyektlərini, dinc əhalini heç vaxt atəşə tutmayıb və bu haqda yayılan məlumatlar yalandan başqa bir şey deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam