Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ermənilər kəndləri atəşə tutdu: bir nəfər yaralandı, iki ev yandı

 

Qarın boşluğundan güllə yarası alan Tovuz sakini əməliyyat olunub

"Xeberinfo.com":   APA-nın qərb bürosunun verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərini yandırıcı güllələrdən intensiv atəşə tutublar.
Nəticədə Əlibəyli kəndində Tarıyel İsmayılov və Mayıl Ağacanova məxsus evlər yanıb. Əraziyə Tovuz rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib.
Erməni silahlı bölmələrinin acdığı atəş nəticəsində 1952-ci il təvəllüdlü Tofiq Kazımov isə qarın boşluğundan güllə yarası alıb. O, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Əməliyyat edilən kənd sakinin vəziyyətinin orta ağır olduğu bildirilir.
Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam