Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yarasız hala düşən Bakı-Sumqayıt yolu- FOTOLAR

 

 

Yaxud nəqliyyat nazirinın "yamaqlı şalvar" siyasəti... 

"Xeberinfo.com":   Məlumata görə, 630 milyon manat dövlət vəsaiti hesabına yenidən qurulan və 2010-cu ildə tam istifadəyə verilən Bakı-Sumqayıt-Quba yolu yararsız hala düşüb. 

 

Xüsusi ilə yolun Saray və Ceyranbatan qəsəbələrindən keçən hissəsi darmadağın olub. Əslində, həmin hissələrdə yol daha öncə yarasız hala düşüb; beton plitələr bir-birindən aralanıb, çatlar, çökmələr, qabarmalar meydana gəlmişdi. Yolun inşasını həyata keçirən Nəqliyyat Nazirliyi “çatlaqları örtmək” siyasəti həyata keçirərək, dəfələrlə şosenin dağılan hissələrini yamayıb. Hazırda yol o vəziyyətə düşüb ki, avtomobillər təxminən kənd yolundakı kimi hərəkət edirlər. 

 

Faktiki olaraq 630 milyon manata başa gəlmiş yol bu gün yamaqlı şalvarı xatırladır. 

 

Daha öncələr də bu haqda “Yeni Müsavat”da reportajlar dərc edilib. Hər dəfə də Nəqliyyat Nazirliyi məsələyə belə şərh verib ki, dağılan hissələrdə təmir-bərpa, daha dəqiq desək, yamama işləri aparılıb. Bu, təxminən ona bənzəyir ki, çox bahalı bir kostyum alırsan, qısa müddətdə o cırılır. Firmaya şikayət edəndə isə “get yamaq vur geyin” məsləhəti verilir...

 

Musavat.com

 





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam