Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ordumuzun təlimindən FOTOLAR

 

Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə sentyabrın 6-dan başlayan Komanda Qərargah Hərbi Oyunlarının ilkin mərhələsinə start verilib.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Birinci mərhələdə qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonları istiqamətində yerdəyişməsinin, səfərbərlik ehtiyatlarının toplanması və təyinatı üzrə göndərilməsinin mühafizə və müdafəsinin təmin edilməsi məqsədilə döyüş aviasiyası ehtiyat aerodromlarına köçürülüb, eləcə də Raket və Artilleriya Qoşunlarının birlik və hissələri müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.

Kolonların hərəkəti və hərbi daşınmaların hava hücumundan qorunması Hava Hücumundan Müdafiə qoşunları tərəfindən həyata keçirilir.

Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidməti təşkil olunub.

Komanda Qərargah Hərbi Oyunları sentyabrın 13-dək davam edəcək.










 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam