Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İŞİD Azərbaycan bankına hücum etdi

 

İraq və Şam islam Dövləti (İŞİD) terror qruplaşmasının tabeliyində olan haker qrupları Azərbaycan banklarından birinin saytını dağıdıblar.
 

"Xeberinfo.com":   Məlumata görə, hücuma `Əmrahbank`ın amrahbank.az və amrahbank.com ünvanında yerləşən rəsmi veb-saytları məruz qalıb.

Hazırda sayta daxil olduqdan 1-2 saniyə sonra başqa səhifə açılır və yeni açılan səhifədə Usamə bin Laden və 11 sentyabrda partladılmış qoşa qüllələrin şəkili, digər tərəfdə isə İŞİD-in bayrağı təqdim olunur.

Saytın `İslamic cyber army` adlanan haker qrupu tərəfindən dağıdıldığı bildirilir. 



 

“Əmrahbank”dan AzVision.az-a verilən məlumata görə, hazırda problemin aradan qaldırılması üzərində iş gedir: “Online ödəmə müvəqqəti olaraq dayandırılıb. Amma bankın işinə heç bir təsir etməyib. Sayta hücumun kim tərəfindən edildiyi məlum deyil. Bu barədə hələ ki, heç bir məlumatın verilməsinə izacə verilmir”. 


Qeyd edilib ki, bankın ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri məsələ ilə bağlı ictimaiyyətə açqlama verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam