Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Erməni ailələr cəbhə kəndlərindən qaçır - Video

Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan Azərbaycan kəndlərində yerləşdirilən erməni ailələr kütləvi şəkildə köçməyə başlayıb.

 

"Xeberinfo.com":    APA TV-yə istinadən xəbərə görə, xüsusilə cəbhəboyu kəndlərdə yaşayan ermənilərin köçü daha sürətli xarakter alıb. Ağdamın Mirəşelli kənd sakini Ağa Ağayevin sözlərinə görə, son günlər ermənilər işğal altında olan dağlıq ərazilərə doğru çəkilir. Onlar gedərkən məskunlaşdıqları tikililəri belə söküb aparırlar.

“Əvvəllər onun hamısını görürdük. İndi yoxdurlar, tamamilə yoxa çıxıblar. Bir sözlə qorxurlar, buradan çıxıb gediblər. Yoxdurlar, əvvəlki kimi müşahidə edə bilmirik”.

Kənd sakinləri ermənilərin köç etməsinin səbəbini, onların öz ordularına etibar etməməsi ilə əlaqələndirir. Mirəşelli kənd sakini Bakir Rəhimov, əvvəllər mal-qara saxlayan ermənilərin Azərbaycan dilində danışdıqlarının şahidi olub.

“Mən özüm müşahidə elədim, yanımda da bir cavan oğlan var idi. Allaha and olsun, çağırırdı ki, filankəs, o malı yığ bəri. Ermənicə yox ha, Azərbaycan dilində çağırırdı. O, yandan bəri gələn oğlan təxminən 15-16 yaşında cavan uşaq idi. Mən də qulaq asırdım. Mal-qaranın səs-küyündən orada durmaq mümkün deyildi”.

Cəbhəyanı kənd sakinləri ermənilərin ötən illə müqayisədə bu il əkin işlərində passiv fəaliyyət göstərdiklərini müşahidə ediblər. Adətən payız mövsümündə qoşunların təmas xəttinin yaxınlığında kənd təsərrüfatı texnikaları işlədən ermənilərin əkin sahələri bu il boş qalıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam