Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Daha bir zəvvarımız dünyasını dəyişib

Mideast Saudi Crane CollapseBu gün Həcc ziyarətində olan azərbaycanlı zəvvarlardan daha biri dünyasını dəyişib.
"Xeberinfo.com":   Məlumata görə, bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.Həyatını itirən şəxs Kəklik Aslanovadır.

Onun sözlərinə görə, K.Aslanova Məkkəyə həyat yoldaşı ilə yollanıb. Zəvvar günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, K.Aslanovanın həyat yoldaşı ixtisasca həkimdir.
Bu, Məkkədə dünyasını dəyişən sayca ikinci azərbaycanlı zəvvardır. Bundan əvvəl Qubadlı rayonundan olan məcburi köçkün, 1954-cü il təvəllüdlü Fəxrəddin Oruc oğlu Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəflətən dünyasını dəyişmişdi. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam