Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Təfəkkür Universitetinin Kiyev filialının rektoru saxlanıldı

 

Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev Almaniyada saxlanıb.

 

"Xeberinfo.com":   Məlumata görə, bu barədə R. Əliyevin təsisçisi olduğu saytın işçiləri "Facebook" sosial şəbəkəsində məlumat yayıblar. Onlar bildiriblər ki, bu gün İnterpolun əməkdaşları R. Əliyevin işlədiyi ofisə gələrək onu tutublar. O, Almaniyanın Nürnberg həbsxanasına aparılıb.

 

Qeyd edək ki, İnterpol R. Əliyevin Azərbaycan tərəfindən axtarışa verilməsi barədə bu ilin may ayında məlumat yayıb. Məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

 

Xatırladaq ki, R. Əliyev Təfəkkür Universitetinin Kiyev filialının rektoru olub.

 

APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam