Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Zeynəb Xanlarovanın gəlini polis bölməsində

 

Dünən gecə saat 23 radələrində “Monte Kristo” şadlıq evinin qarşısında xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın gəlini ilə Binəqədi rayon 5-ci polis bölməsinin rəisi arasında münaqişə yaranıb.

"Xeberinfo.com":   Məlumata görə, hər iki şəxs avtomobil idarə edərkən şadlıq evinin önündə qarşı-qarşıya gəlib. Sürücülərdən heç biri digərinə yol vermək istəməyib. Qeyd edilir ki, 5-ci polis bölməsinin rəisi sükan arxasında içkili vəziyyətdə olub. O, xalq artistinin gəlininə qarşı kobud və nalayiq hərəkətlər edib. Münaqişə böyüdüyündən Zeynəb Xanlarovanın gəlinini polis bölməsinə aparıblar. Bundan xəbər tutan xalq artisi hadisəylə bağlı daxili işlər naziri Ramil Usubova zəng edib.

Modern.az hadisənin təfərrüatını öyrənmək üçün Binəqədi rayonu 5-ci polis bölməsi ilə əlaqə saxlayıb. Bölmədən saytımıza belə faktın qeydə alınmadığını deyiblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də saytımıza hadisə barədə məlumatsız olduğunu bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam