Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

ANS-in iddiası təmin olunmadı

 

Bakı İnzibati-İqtisad Məhkəməsində ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmə prosesi başlayıb.

 

"Xeberinfo.com":  Məlumata görə, hakim Müseyib Bayramovun sədrlik etdiyi iclasda MTRŞ-nin ANS telekanalında yayımlanan “Salam Azərbaycan” verilişinin qapadılması barədə oktyabrın 5-də çıxardığı qərardan verdiyi iddiaya baxılıb.  

ANS-in nümayəndəsi, vəkil Muxtar Mustafayev çıxış edərək bildirib ki, həmin qərarla ANS telekanalında yayımlanan “Salam Azərbaycan” verilişinin yayımı 10 gün müddətinə dayandırılıb və teleşirkətə maddi ziyan dəyib: “Vətəndaşlar həmin verilişə baxırdılar, bu qərar düzgün deyil. Verilişin efirə getməməsi həm də şirkətin reytinqini aşağı salır”.

MTRŞ nümayəndəsi Toğrul Məmmədov isə qərarın qanuni əsaslarla çıxarıldığını deyib və bildirib ki, ANS-in qaldırdığı iddianın heç bir perspektivi yoxdur: “Bizim qərar onların islah olunması üçün verilib. Şura daha sərt qərar verə bilərdi, amma humanist davranıb ki, şirkətə daha çox ziyan dəyməsin”.

Daha sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra qərardad elan olunub. Qərardada əsasən, iddia təmin edilməyib.

 

APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam