Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İcra başçısı villaları sökdürür

Səbail rayonunda qanunsuz tikililərlə bağlı aparılan reydlər yalnız sənədi olmayan evlərlə bağlıdır.

"Xeberinfo.com":   Məlumata görə, bunu Trend-ə açıqlamasında Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov deyib. Badamdar qəsəbəsinin yeni yaşayış massviləri və ona bitişik olan "Döstluq parkı" ərazisində müxtəlif şəxslər tərəfindən zəbt olunaraq hasarlanan tikililərin artıq söküldüyünü deyən şöbə müdiri qeyd edib ki, reydlər davam etdiriləcək:


“Rayondakı qanunsuz tikililərlə bağlı araşdırma aparmaq üçün qrup yaradılıb. İcra hakimiyyətinin nümayəndələri qrupun tərkibində sözügedən ərazidə araşdırmalar aparır. "Döstluq parkı" ərazisində qanunsuz inşaat işləri aparılıb. 40-dan çox qeyri-qanuni fakt aşkarlanıb”.

Şöbə müdiri aparılan reydlərin və sökülmənin sənədi olan tikililərə aid olmadığını vurğulayıb: "Sənədləri qaydasında olan tikililərin sahiblərinin reydlərlə bağlı narahatlığına əsas yoxdur. Həmin ərazidə tikinti aparan şəxslərin evin tikintisinin aparıldığı torpağa aid dövlət qeydiyyatı sənədi varsa, bu işlər dayandırılmayacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam