Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Vəzifəli şəxslərə cinayət işi açıldı -Yenilənib

 

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin vəzifəli şəxslərinə cinayət işi açılıb.

Yenixeber.org-un məlumatina görə, xəstəxanada aparılan yoxlamalar zamanı 2021-2023-cü illərdə rəhbər şəxslərin əlbir olaraq külli miqdarda büdcə vəsaitini mənimsəməsi üzə çıxıb.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə cinayat işi açılıb.

Araşdırmalar davam etdirilir.

***

Mingəçevir şəhər prokurorluğu bununla bağlı rəsmi məlumat yayıb: 

“Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 2021-ci ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək olan dövr ərzində maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılmış 50 min manatdan artıq məbləğdə pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.(Qafqazinfo)

Hazırda ibtidai istintaq davam edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam