Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Zaqatalada partlayış nəticəsində 18 yaşlı gənc öldü -YENİLƏNİB

Zaqatalada 18 yaşlı gəncin qumbara partlaması nəticəsində ölməsi ilə bağlı bəzi detallar məlum olub.

Yenixeber.org-un məlumatına görə, hadisə Pərzivan kəndi ərazisində baş verib.

Belə ki, Məhəmməd Ömərov və tanışları ilə ərazidə gəzirlərmiş. Bu zaman o, yerdən partlayıcı maddəni tapıb və ehtiyatsız davranıb.

Nəticədə gənc baş nahiyəsindən xəsarət alıb.

O, xəstəxanaya aparılsa da, yolda vəfat edib.

15:46

Zaqatalada 18 yaşlı gənc əlində qumbara partlaması nəticəsində ölüb.

Hadisə bu gün günorta saatlarında baş verib.

Hadisə nəticəsində xəsarətləri alan gənc Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən  ölməsi barədə polisə məlumat daxil olub. 

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam