Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Akif Çovdarov həbs olundu

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edilib.

Xeberinfo.com:   Məlumata görə, bir müddət öncə vəzifədən azad edilən və bu günə qədər ev dustağı olan Akif Çovdarov bu gün saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Məlumata görə, generalın həbsi onlarla MTN zabitinin istintaqa ifadələri əsasında həyata keçirilib.

Hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə isə Akif Çovdarov bu gün Baş Prokurorluq əməkdaşları tərəfindən saxlanılaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb. A.Çovdarov hazırda müstəntiqlər tərəfindən dindirilir.

Qeyd edək ki, A.Çovdarov oktyabrın 17-də prezident sərəncamı ilə işdən çıxarılan sabiq MTN rəhbəri Eldar Mahmudovun “sağ əli və kassiri” sayılırdı. Məlumatlara görə, onun MTN-də əsas vəzifəsi iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid edilən həmin iş adamları da Baş Prokurorluğa və Prezident Administrasiyasına şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını çəkib.

A.Çovdarov Azərbaycanda bir çox jurnalistlərə qarşı cinayətlərdə də ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam