Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Cümü”nün cəzası ağırlaşdırıldı-FOTO

 

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılov və prokurorluq apellyasiya instansiyasına müraciət edib.

Yenixeber.org xəbər verir ki, “Cümü” ləqəbli C.İsmayılov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi 18 illik həbs cəzasının yüngülləşdirilməsini, prokurorluq isə ağırlaşdırılmasını tələb edib.

Şirvan Apellyasiya Məhkəməsi C.İsmayılovun tələbini rədd edib, prokurorluğun protesti isə təmin edilib. C.İsmayılovun cəzasının müddəti 18 ildən 19 ilə qaldırılıb.

Qeyd edək ki, Kürdəmirdə “Cümü” ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur və kriminal mövzulara meylli şəxsdir. Bir müddət əvvəl onunla iş adamı Müşfiq Məmmədov arasında dostluq münasibəti yaranıb. Müşfiq Cümşüdə daim maddi kömək edib, həmçinin bıçaqlanarkən onun xəstəxana xərclərini çəkib. Lakin daha sonra Cümşüdün daim pul tələb etməsi səbəbindən onların münasibəti korlanıb və telefonla danışarkən mübahisələri yaranıb.

Həmin vaxt Müşfiq dostuna bir gün sonra oğlunun imtahanı ilə bağlı Bakıdan Mingəçevirə gedəcəyini və gecəni Kürdəmirdə qalacağını deyib. Onlar vədələşdikləri kimi Kürdəmirdə 69-cu məhəllə adlanan ərazidə görüşüblər və bu zaman Müşfiqin avtomobilində oğlu Fərid də olub. M.Məmmədov maşından düşərək Cümşüdlə söhbət edərkən atəş səsləri eşidilib. Cümşüd 3 dəfə atəş açaraq iş adamını qətlə yetirib. Fərid avtomobildən düşərək mane olmaq istəyərkən daha 2 dəfə atəş açılıb. Lakin Fərid Məmmədova güllə dəyməyib.

Fotoda: Mərhum Müşfiq Məmmədov



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam