Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Neftçalada avtomobillə motosiklet toqquşub -Ölən və yaralananlar var/FOTO

 

Neftçala rayonunda minik avtomobili və motosikletin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Yenixeber.org-un məlumatına görə, hadisə rayonun sənaye məhəlləsinin yaxınlığından keçən Salyan – Neftçala avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Sanqam” markalı avtomobil motosikletlə toqquşub.

Qəza nəticəsində qoşqulu motosikletin sürücüsü, Bankə qəsəbə sakini 1960-cı il təvəllüdlü Mirzəyev Ağasəf Paşa oğlu, eyni qəsəbənin sakinləri olan sərnişinlər – 1986-cı il təvəllüdlü İbrahimova Günel Ağasəf qızı, onun övladları, 2010-cu il təvəllüdlü İbrahimov Natiq Fuad oğlu, 2010-cu il təvəllüdlü İbrahimov Yəhya Fuad oğlu, 2008-ci il təvəllüdlü İbrahimova Ləman Fuad qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanada həkimlərin səyinə baxmayaraq, uşaqların babası olan Ağasəf Mirzəyevin həyatını xilas etmək mümkün olmayıb.(Report)

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam