Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

İcra nümayəndəsi özünü öldürmək istədi

Qubanın Xınalıq inzibati ərazi vahidi üzrə icra nümayəndəsi özünü öldürmək istəyib.

 

Xeberinfo.com:   Məlumata görə, hadisə bu gün gündüz saatlarında baş verib.

Quba İcra Başçısının Xınalıq İ.Ə.V üzrə nümayəndəsi Füzuli Şərifov güclü zəhərlənmə diaqnozu ilə Quba rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Faktı təsdiq edən Quba rayon mərkəzi xəstəxanasının müalicə işləri üzrə baş həkim müavini Əlyar Sərvərov icra nümayəndəsinin çox ağır və huşsuz vəziyyətdə xəstəxanaya gətirildiyini bildirdi.

Onun sözlərinə görə, reanimasiya şöbəsində bir neçə saat ciddi şəklidə ilkin tibbi yardım göstərilib. Füzuli Şərifov ağır vəziyyətdən çıxarılıb. Bundan sonra o, Bakıdan çağırılmış toksikoloqun müşaiyəti ilə 1 nömrəli klinik xəstəxanasının toksikologiya şöbəsinə göndərilib.

Quba xəstəxanasının baş həkim müavini Əlyar Sərvərovun sözlərinə görə, o, niafidol adlanan maye halında olan 1 şüşə bit dərmanını içib. Xınalığın 48 yaşlı nümayəndəsi Füzuli Şərifovun hansı səbəbdən həyatına qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Qubanın hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam