Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Avtovağzalının qarşısı çökməkdə davam edir

 

87c43f959f87f3c6ae6ab0a4dd0f6b61

 

“Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işlərinin aparılması səbəbindən monitorinq işləri müvəqqəti dayandırılıb”.

Xeberinfo.com:  Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
O bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında cüzi də olsa, çökmə prosesi gedir: “Avtovağzalın qarşısındakı asfaltın altında müəyyən boşluqlar yaranıb. Boşluqlar doldurulana qədər az da olsa, çökmə prosesi müşahidə olunacaq. Bu da təbiidir. Hazırda asfaltın altında yaranmış boşluqları doldurmaq üçün ora sement məhlulu vurulur. Bunun nəticəsində asfaltın altındakı tökmə torpaq sement məhlulunun içərisində həll olub bərkiyəcək və boşluqlar tutulacaq. Beləliklə də, çökmə prosesi tam dayanacaq”.
Baş geoloq əlavə edib ki, ərazidəki əsas istinad divarında hər hansı hərəkət qeydə alınmasa da, əsas yolla köməkçi yolun arasındakı divarda 2-3 mm-lik hərəkət qeydə alınıb.
Ə. Piriyev qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işləri tamamlandıqdan sonra monitorinq bərpa ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam