Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Günəşli”də desant

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisindən 5 təcrübəli yanğınsöndürən xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülünə desant edilib.

 

Xeberinfo.com:   FHN-dən verilən məlumata görə, dekabrın 10-da saat 15:35-də özülə desant edilən qrup 6 saat ərzində SOCAR-ın işçiləri tərəfindən yanan quyular ətrafında aparılan qəza-bərpa işlərinin təhlükəsizliyini təmin ediblər.

Bu gün isə saat 09:00-da “Vixr-8” gəmisindən 4 nəfər tərkibdə qrup 10-cu özülə desant edilib. Özüldə aparılan bütün qəza-bərpa işlərinin davam etdiyi vaxt ərzində yanğından mühafizənin desant qrupları həyata keçirilən işlərin və işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini və təxliyyə olunmasını təmin edir.

FHN 10 saylı dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində fasiləsiz olaraq tədbirlərini davam etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam