Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sabiq müstəntiqin halı pisləşib, hələ də aclığı davam etdirir

 

Zərdab Rayon Prokurorluğunda müstəntiq vəzifəsindən siyasi bəyanatla istefa verən Rüfət Səfərov aclıq aksıyasını davam etdirir.

Xeberinfo.com:   R.Səfərov istefa ərizəsini Respublika Prokurorluğuna göndərəndən sonra baş prokuror xüsusi maddələrlə onun prokurorluq orqanlarından xaric edilməsinə əmr verib və fəaliyyətini yoxlamaq üçün komissiya göndərib. Komissiya R.Səfərovun xidməti kabinetinə baxış keçirərkən onun şəxsi komputerini götürüb, şəxsi mobil telefonlarını qanunsuz şəkildə yoxlayıb. R.Səfərov həm özünə qarşı bu qanunsuzluqlara, həm də bütövlükdə ölkədəki haqsızlıqlara görə dekabrın 21-dən aclıq aksiyasına başlayıb.

Həyat yoldaşı Nuray Səfərova “Amerikanın səsi” radiosuna deyib ki, Rüfət Səfərov səhhətində problemlər yaranmasına baxmayaraq, aclığı davam etdirir.

“Hazırda Rüfət danışmaq imkanında deyil. O halsızdır, uzanıb. Təzyiqi çox yüksəkdir –  170/110. Təcili tibbi yardım çağırdıq. Həkimlər Rüfətə aclığı dayandırmağı və sakit halda uzanmağı məsləhət bildilər. Lakin Rüfət aclığı davam etdirir”, – deyə N.Səfərova qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam