Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Dövlət müəssisəsi qarət edildi

ogru-1.jpg

Bakının Xətai rayonunda poçt şöbəsi qarət edilib.

Xeberinfo.com:  Hadisə Əhmədli kəndi, Şahin Səmədov küçəsində qeydə alınıb.

Oğrular “Azərpoçt” MMC-nin 3 saylı filialının 32 saylı poçt şöbəsini qarət ediblər.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən verilən məlumata görə, oğrular 32 saylı poçt şöbəsinə binanın yan tərəfindən daxil olublar. Belə ki, pəncərə önündəki dəmir qoruyucuları kəsən oğrular içəri daxil olduqdan sonra 110 manat, 200 dollar və poçt markalarını aparıblar. Eyni zamanda onlar oğurluq əməlini törədən zaman poçtun siqnalizasiya sisteminin kabelini kəsərək sıradan çıxarıblar. 

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Ərazi mühafizəyə götürülüb. Daha sonra barmaq izləri müəyyən olunaraq qeyd edilib.

Məlumat üçün qeyd edək ki, ərazidə heç bir müşahidə kamerası yoxdur.

 Faktla bağlı  Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam