Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Günəşli” faciəsi: Hələ də yanır, axtarışlar isə davam edir

744

 

Ötən gün Xəzər dənizinin Türkmənistan sektorunda tapılan neftçi Qasımov Mübariz Dilqəm oğlunun cəsədi yaxın saatlarda ölkəmizə gətiriləcək.

Xeberinfo.com:  Bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.
Bildirilib ki, “Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Dövlət Sərhəd Xidmətinin (DSX) 2 gəmisi Türkmənistan istiqamətində axtarışlar aparır.
Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və BP-yə məxsus 2 gəmi yanğının söndürülməsi ilə məşğuldur.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 10 nəfərin cəsədi tapılıb.
Hazırda itkin düşən neftçilərin axtarışı davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam