Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Jurnalist küçədə öldü - VİDEO

103821

“Respublika” qəzetinin əməkdaşı küçədə müəmmalı şəkildə dünyasını dəyişib. 

Xeberinfo.com:   Məlumata görə, bu gün günorta saatlarında Elmlər Akademiyasınınyerləşdiyi inzibati binasının qarşısında 64 yaşlı kişi qəfildən dünyasını dəyişib. Dünyasını dəyişən şəxs “Respublika” qəzetinin baş redaktorunun müavini Sabir Mustafayevdir. Küçədə qəfildən yıxılan jurnalistin döyülərək öldürüldüyü iddia edilir. Mərhumun qardaşı Səxavət Mustafayev onun ədavətdə olduğu şəxs tərəfindən öldürüldüyünü bildirib.
Şahidlərin verdiyi məlumata görə, Sabir Mustafayev parka qaçaraq gəlib. Bu zaman baş verənlərin yaxınlıqda olan təhlükəsiz şəhər kameralarında görüntüləndiyi də ehtimal olunur. Hadisə yerinə polis əməkdaşları, kriminalist ekspertlər cəlb edilib. Meyitin üzərinə ilkin baxış keçirilib. Onun yıxılaraq dünyasının dəyişdiyi güman olunur.
Yasamal rayon prokuroru, eləcə də “Respublika” qəzetinin baş redaktoru və əməkdaşları da hadisə yerində idi. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiziasına aparılıb. Sabir Mustafayevin, deyildiyi kimi, başqası tərəfindən öldürüldüyü və ya qəfildən səhhətinin pisləşməsi səbəbindən dünyasını dəyişdiyi aparılan istintaq araşdırmalarından sonra müəyyənləşdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam