Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

8 km bazarında satıcılar aksiya keçirdi - VİDEO

104691İcarə haqqından şikayət edən bəzi satıcılar artıq obyektlərini bağlayıblar.

Xeberinfo.com:   Bu gün Bakıda “8 km” kimi tanınan bazarın satıcıları etiraz aksiyası keçirib. Məlumata görə, onların narazılığına səbəb icarə haqqının dəfələrlə artırılmasıdır. Bu barədə rəhbərliyə müraciət etdiklərini bildirən satıcıların sözlərinə görə, alıcı sayının az olması vəziyyəti daha da ağırlaşdırıb.

Artıq bəzi satıcılar obyektlərini bağlayıb. İşləyənlər isə icarə haqqını ödəyə bilmədiklərindən şikayətləniblər. Onların sözlərinə görə, alıcı sayı az olduğundan 200-500 manat arasında dəyişən icarə haqqını ödəməkdə çətinlik çəkirlər.

Məsələyə münasibət bildirən Nizami Rayon İcra başçısının müavini Qərib Məmmədov problemin tezliklə həll ediləcəyini söyləyib.
“Yaranmış vəziyyətlə bağlı biz həmin insanları qəbul edib şikayətlərini dinlədik. Son olaraq qərara gəldik ki, bazar rəhbərliyi ilə bu problemi həll edək”.
Onun sözlərinə görə, bazar rəhbərliyi ilə icarə qiymətlərində endirim etmək üçün razılıq əldə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam