Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Hərbi qulluqçumuz ehtiyatsızlıqdan həlak olub

 

Fevralın 23-də Müdafiə Nazirliyinin Goranboy rayonu Goran qəsəbəsində yerləşən N saylı hərbi hissəsində ölüm hadisəsi baş verib.

Xeberinfo.com:  Modern.az saytına daxil olan məlumata görə, hərbi hissə həyəcan siqnalı ilə təlimlərə çıxarkən, müddətdən artıq xidmət edən (MAXE) Əliyev soyadlı hərbi qulluqçu ehtiyatsızlıqdan iki tankın arasında qalaraq həlak olub.

Məlumatda qeyd edilib ki, həyəcan siqnalı verildiyi üçün qarışıqlıq olub və bu zaman tanklardan biri arxaya sürərkən hərbçi iki tankın arasında qalıb. Müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hərbi hissəyə dərhal prokurorluq işçiləri gəlib və təhqiqata başlayıblar. Hazırda araşdırma aparılır.

Modern.az saytı məsələ ilə bağlı Müdafiə Nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Mətbuat xidmətindən saytımıza məsələnin yalnız araşdırıldıqdan sonra cavablandırılacağı bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam