Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Qara polkovnikin oğlunun həbs müddəti artırıldı

 

Bu gün Nərimanov Rayon Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

 

Xeberinfo.com:  Bu barədə “Report”a vəkil Kamandar Nəsibov məlumat verib.

İş adamı barəsində həbs qətimkan tədbirinin müddəti iyun ayının 2-nə qədər artırılıb.

Qeyd edək ki, A.Hüseynov 2015-ci ilin may ayında saxlanılıb. O, 318 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Həmin məbləğin böyük bir hissəsinin Dubayda iki zavodun tikilişinə sərf edildiyi bildirilir. A.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. O, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğludur.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam