Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Eldar Mahmudovun oğlunun bütün avtosalonları bağlanır

 

Bakıda keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğluna məxsus "Crystal Motors" şirkətinin  avtomobil salonları bağlanıb.

 

Xeberinfo.com:   Virtualaz. org xəbər verir ki,  Babək prospekti, 74 ünvanında yerləşən, “Maserati”, “Jaguar” və “Range Rover” avtomobillərinin satıldığı salon ötən həftənin şənbə günündən etibarən bağlıdır. Əməkdaşımız salona baş çəkib, qapıların bağlı olduğunu görüb. Ancaq içəridə bir neçə avtomobil hələ qalır.

Yaxınlıqdakı avtotəmir məntəqəsinin əməkdaşları mağazanın ötən həftənin şənbə günündən işləmədiyini bildiriblər. Digər məlumata görə dünən salona vergi əməkdaşları gəlib və yoxlama aparacaqlarını bildiriblər. Vergi yoxlaması axşam saatlarında başladığından əməkdaşların bəzisi bundan ancaq səhər xəbər tutub.

“Crystal Motors”un  “Sədərək” yarmarkasına gedən  yolun  kənarında yerləşən “Jaguar” avtomobil salonu da işləmir. Müsavat.com xəbər verir ki, salonun rəhbəri Adil Axundov istintaqa çağırılıb.

“Crystal Motors” keçmiş milli təhlükəsizlik nazirinin oğlu Anar Mahmudovun “Crystal Holding” şirkətlər qrupunun tərkibindədir. E.Mahmudovun işdən çıxarılmasından sonra onun oğlunun şirkətlərinin də fəaliyyəti məhdudlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam