Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Həkim 184 min pulu necə mənimsədi?

Cəbrayılda uşaq həkimi 184 min pulu necə mənimsədi?

 

 

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının 1 saylı sahə xəstəxanasının həkim-pediatrı Eldar Məmmədovun qanunsuz əməlləri barədə Cəbrayıl Rayon Prokurorluğundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Xeberinfo.com:  Araşdırmalar zamanı E.Məmmədovun Cəbrayıl rayonundan olan və Biləsuvar rayonu ərazisində məskunlaşmış 130 sakinə, o cümlədən 16 yaşına çatmamış 81 şəxsə əlillik dərəcəsi verilməsi adı ilə həmin şəxsləri aldadaraq onlardan və ailə üzvlərindən ümumilikdə 184 min manat məbləğində pulu dələduzluq yolu ilə almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, hazırda cinayət işi üzrə vətəndaşların pozulmuş hüquqlarının bərpası və təqsirkar şəxs və ya şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam