Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Şöbə müdirinə cinayət işi açıldı

 

     Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının və Kəlbəcər rayon Təhsil şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq davam etdirilir. 

    

"xeberinfo.com": Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaqla Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Məhəmməd Bağırovun qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq müxtəlif dövrlərdə 30-dan artıq şəxsi saxta diplomlar əsasında şöbənin tabeliyində olan ayrı-ayrı ümumtəhsil məktəblərinə işə qəbul etməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hazırda cinayət işi üzrə rayon təhsil şöbəsinin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam