Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Həştərxanlılar Heydər Əliyev Fonduna minnətdardırlar

 

1 may tarixində Həştərxanda yerləşən 11 saylı orta məktəbin Heydər Əliyev Fondu tərəfindən tam rekonstruksiyasının 5 ili tamam olub.

Xeberinfo.com:  Bu münasibətlə məktəbdə birinci sinif şagirdlərinin valideynlərinin yığıncağı keçirilib. 1937-ci ildə tikilən məktəbin tam yenidən qurulmasında Heydər Əliyev Fondunun rolu xüsusilə vurğulanıb.

Məktəbin ərazisi iki dəfə artırılmaqla demək olar ki, yenidən tikilib. Məktəbdə akt zalı, idman zalı, yeməkxana, idman meydançaları fəaliyyət göstərir. Təşəkkür əlaməti olaraq Həştərxan şəhər rəhbərliyi ümumtəhsil məktəbinə Heydər Əliyevin adını verməyi qərara alıblar.

Məktəb 1939-cu ildən 1944-cü ilə qədər Kirov rayonunda ən yaxşı maarifləndirmə məktəbi sayılırdı. 20 sentyabr 1941 və 15 sentyabr 1942-ci il tarixləri arasında məktəbdə 4428 saylı təxliyə hospitalı yerləşirdi.

Müharibə dövründə də məktəb uğurlu fəaliyyətini davam etdirirdi.

Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanın ən qədim məktəblərindən biri yeni sima əldə etmiş və yeni nəsil Rusiya vətəndaşlarının tərbiyə olunmasında və biliklər veürilməsində yeni impuls almışdır. Məktəbdə həmçinin Azərbaycan guşəsi fəaliyyət göstərir. Burada şagirdlər Odlar Yurdu barədə məlumat əldə edirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam