Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

"Milli informasiya xidməti”nin redaktoru öldürüldü

 

Rusiyanın paytaxtı Moskvada “Milli informasiya xidməti”nin redaktoru Aleksandr Rubtsov mənzilində öldürülüb.

Xeberinfo.com:   Bu barədə agentliyin saytında xəbər verilib.

"Bizim dostumuz və yoldaşımız “NSN” redaktoru Aleksandr Rubtsov həlak oldu. Onun 35 yaşı var idi. Son iki il ərzində siz radiostansiyamızın efirində Saşanın xəbərlərinə qulaq asa bilirdiniz”, - deyə xəbərdə qeyd olunur.

Faktla bağlı paytaxt polisində cinayət işi açılıb. Hazırda isti izlərlə araşdırma aparılır.

Aleksandr Rubtsov "Naşe radio", Rock FM, Best FM və "Radio JAZZ" radiostansiyaların efirində xəbərlər buraxılışlarını aparıb. Rubtsov mayın 3-də qətlə yetirlib. Onun bədənində çoxsaylı deşilmış-kəsilmiş yaralar aşkar edilib. Həmçinin onun bədənində döyülmə izləri olub.

İlkin ehtimala görə, jurnalist qarət olunub. İstintaq qrupu onun tanışları tərəfindən qarət olunaraq öldürüldüyünü ehtimal edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam