Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

ABŞ Fətullah Güləni öldürə bilər – ŞOK İDDİA

 

cevik

Türkiyə prezidentinin baş müşaviri İlnur Çevik ABŞ-ın Fətullah Güləni öldürə biləcəyini iddia edib.

Xeberinfo.com:  Məlumata görə, Çevik Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin arxasında ABŞ-ın olduğunu da deyib.

“ABŞ-ın özünü nə baş verdiyini anlamayan kimi” göstərdiyini deyən Çevik, dövlət çevrilişinə cəhdi zamanı çevrilişçilərin ələ keçirdikləri F 16 təyyarələrinin İncirlikdən qalxan tanker təyyarələr vasitəsilə yanacaq doldurduqlarını bildirib. Bunun artıq Türkiyəyə səfərə gəlmiş ABŞ ordusunun Baş Qərargah rəisi Cozef Dunfordun da nəzərinə çatdırılacağını deyən Çevik, ABŞ-ın Fətullah Güləni dərhal ekstradisiya etməsini gözləmədiklərini də qeyd edib.

“ABŞ-da hamı bu işin içərisində deyil, amma bəziləri çevriliş cəhdinə dəstək veriblər. ABŞ-la Gülən arasındakı əlaqə biz düşündüyümüzdən də mürəkkəbdir. ABŞ bəlkə də Güləni öldürəcək, amma Türkiyəyə verməyəcək. Çünki ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bir çox ölkələrə məhz Gülənin təşkilatının vasitəsi ilə sıza bilib”, – deyə Çevik qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam