Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bakı-Nabran avtobusunda partlayış: 5 nəfər xəsarət aldı

Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda partlayış baş verib.

Xeberinfo.com:   Bakıdan Nabrana gedən “Hyundai” markalı mikroavtobusda radiatorun partlaması nəticəsində 5 sərnişin ayaqlarından yanıq xəsarətləri alıb.

Hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobusun radiatorunda partlayış o qədər güclü olub ki, onun içərisindəki qaynar su salona daxil olub və nəticədə sərnişinlər xəsarət alıb.

Avtobus yararsız hala düşdüyü üçün sərnişinlər taksilərlə mənzil başına getməli olublar, xəsarət alanlar isə xəstəxanaya yerləşdiriliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam