Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Jurnalsit “Bandotdel”də dindirilib

080400164489

Avqustun 4-də jurnalist Məmməd Süleymanov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Orada bir saat yarımdan çox dindirildikdən sonra azad buraxılıb.

Xeberinfo.com:    Məmməd Süleymanov Turan-a deyib ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həyat yoldaşı ilə birgə dəvət edilib.

“Həyat yoldaşım ölkədə olmadığından mən tək getdim. Orada mənimlə söhbət etdilər və azad buraxdılar. Ola bilsin ki, yenə dəvət etsinlər. Amma, həyat yoldaşım daha dəvət edilməyəcək”.

Jurnalist hansı işlə bağlı və kim qismində onunla söhbət edildyi barədə məlumat verməyib.“İstintaq sirri olduğundan bu barədə heç nə deməyəcəyəm”, deyə o qeyd edib.

Qeyri-rəsmi mənbələrin məlumatına görə, Süleymanov Facebook səhifəsində dərc etdiyi tənqidi statuslarına görə onunla söhbət aparılıb.

Maraqlıdır ki, Məmməd Süleymanovun tənqidi statusları olan facebook profili silinib. O, Turan-a proflinin adında Çegevara olduğu üçün bağlandığını bildirib və əvəzində yeni profil açıb.

Məmməd Süleymanov müxtəlif media orqanlarında dərc edilən tənqidi yazıları ilə tanınır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam