Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Sahibkarların kütləvi davası: Yaralılar var (FOTOLAR)

Bakıda kütləvi dava olub.

Xeberinfo.com:   Hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan-Qala avtomobil yolunun şərq hissəsində, “Qalabazar” İstirahət Mərkəzinin yaxınlığında baş verib.

Hadisə ərazidəki torpaq sahəsi üstündə olub. Məlumata görə, “Qalabazar” İstirahət Mərkəzinin sahibləri ilə yaxınlıqdakı torpaq sahəsinin sahibkarı arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. “Qalabazar” İstirahət Mərkəzi rəhbərinin adamları sahibkara məxsus torpaq sahəsində tikinti aparan şəxslərə hücum edib və onları döyüblər. Hadisə zamanı əraziyə gələn, “Qalabazar” İstirahət Mərkəzinin sahiblərindən biri Mehdi adlı şəxs şəxsi avtomobili ilə Bakı şəhər sakinləri – Zamanov Avtandil Məhərrəm oğlu, Kərimov Ələddin Qafar oğlu və torpaq sahəsinin sahibinin nümayəndəsi Rüfət Vəliyevi vurub.

Hadisə yerinə Xəzər rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Yaralılara Təcili Tibbi Yardım Briqadası tərəfindən ilk tibbi yardım göstərilib və xəsarət alanlardan iki nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsində araşdırma aparılır.

Xəzər rayon Polis İdarəsindən Trend-ə faktı təstiqləsələr də, hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Bakıda sahibkarların kütləvi davası - Yaralılar var
Bakıda sahibkarların kütləvi davası - Yaralılar var


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam