Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

İŞİD-də döyüşən azərbaycanlılara hökm oxundu - 26 il həbs


 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya və İraqda İŞİD terror təşkilatının tərkibində döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Anar Mahmudov və Elvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Xeberinfo.com:   Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə A. Mahmudov 14 il, E. Əsgərov 12 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulublar. Onlar 2012-2015-ci illərdə Suriya və İraqda həmin dövlətlərin, habelə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və "Cumdul-Xilafə" terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam